Ançelotti üçün rekord

“Real” İspaniya La Liqasının V turunda “Real Sosyedad”ı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi 32 oyundur, uduzmur. Komanda sonuncu dəfə bu ilin yanvarında İspaniya Kubokunda “Atletiko”ya məğlub olub.

Bu göstərici “kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin karyerasındakı ən yaxşı uğurlu seriyadır. Mütəxəssis daha əvvəl 2013/14 mövsümündə “Real”a rəhbərlik edən zaman 31 oyun uduzmamışdı.