“Everton” bu vəziyyətə düşməmişdi…

“Everton” İngiltərə Premyer Liqasında ilk 4 turda məğlub olub.

Futbolpress.az xəbər verir ki, bu, klub tarixində çempionata ən uğursuz startdır. “Everton” daha əvvəl mövsümün birinci 4 turunda belə antirekorda imza atmamışdı.

Mersisayd təmsilçisi bu mövsüm “Brayton”a (0:3), “Tottenhem”ə (0:4), “Bornmut”a (2:3) və “Aston Villa”ya (2:3) uduzub.