Slotdan 0:1-ə şərh: “Böyük uğursuzluqdur”

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada “Nottingem Forest”ə məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Böyük uğursuzluqdur. Azarkeşlər önündə məğlubiyyət daha pisdir. “Nottingem Forest” yaxşı komandadır, Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparır, ancaq adətən kənarda qalır. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Buna baxmayaraq, onlara məğlubiyyət məyusluq yaradır. Topa nəzarət etsək də, kifayət olmadı. Futbolçuların fərdi performansları aşağı idi. Uşaqlar standartlarından aşağı oynadı”.