Bu gün “Formula 1”-in qalibi məlum olacaq

Bu gün Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan qran-prisinin qalibi bəlli olacaq.

Futbolpress.az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.

Son günün sıralama turunda “Ferrari” pilotu Şarl Lekler birinci olub. “McLaren”dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. “Red Bull”dan Serxio Peres və “Mercedes”dən Corc Rassel ilk “5-liy”i tamamlayıblar.

Bu gün “Formula 2″də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:35-də başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni “Trident” komandasından Rixard Versxor göstərib.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.