Komandası 7 xal qazandı, özü mükafatlandırıldı

İtaliya A Seriyasında avqust ayının ən yaxşı baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Torino”nun çalışdırıcısı Paolo Vanolidir. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Vanolinin rəhbərlik etdiyi “Torino” A Seriyasında 3 turdan sonra 7 xalla 3-cü sıradadır.