Moskva “Dinamo”sunda avqust ayının ən yaxşı oyunçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, qapıçı Andrey Lunyovdur. Qolkiper azarkeşlər arasında keçirilən səsvermədə qalib olub.
Lunyov “Dinamo”da bu mövsüm 7 oyunda 6 qol buraxıb, 2 matçda isə qapısını toxunulmaz saxlayıb.
Qolkiper ötən mövsümü “Qarabağ”da keçirib və bu yay azad agent kimi “Dinamo”ya transfer olunub.