“Fənərbağça” futbolçusu Emre Moru icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü “Eyüpspor”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mor 2022-ci ilin yayından “Fənərbağça”da çıxış edirdi. O, İstanbul klubunda 49 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.