“Kəpəz” kapitanı ilə bağlı açıqlama yaydı

“Araz-Naxçıvan” ilə oyunun sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirən “Kəpəz”in futbolçusu Yeqor Xvalkonun vəziyyəti yaxşıdır.

Futbolpress.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəstəxanaya aparılan kapitan müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.

“Kəpəz” “Araz-Naxçıvan”a 0:1 hesabıyla uduzub.