“Çelsi” futbolçusu Nikolas Cekson ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı forvardla sözləşmənin müddəti 2033-cü ilin yayına kimi artırılıb.
Cekson bu mövsüm Premyer Liqada 3 oyunda 2 qol vurub.