“Real”ın futbolçusu Dani Karvahal açıqlama verib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi klubla müqaviləsini uzatmağa hazır olduğunu deyib:
“Real”a hörmət etdiyim üçün Avropada başqa klubda oynamaram. Bütün tərəflər razılaşarsa, müqaviləmi uzatmaq istəyirəm”.
Karvahal 2013-cü ildən “Real”ın formasını geyinir. Onun indiki müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm La Liqada 4 oyunda meydana çıxıb.