Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi alman müdafiəçi Niko Şultsu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Şultsun son klubu Dortmund “Borussiya”sə olub. O, ötən mövsümün sonunda komandanı tərk edib. Şults “Borussiya”da 61 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
“Ankaragücü”ndə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov forma geyinir.