Ronaldonun fikirlərini bəyəndi, baş məşqçinin qəzəbinə tuş gəldi

“Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaço baş məşqçi Erik ten Haqı qəzəbləndirib.

Futbolpress.az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun komandanın keçmiş futbolçusu Kriştiano Ronaldonun baş məşqçi Eriki tənqid edən fikirlərini bəyənməsi olub.

Ronaldo insayder Fabrizio Romanoya açıqlamasında, ten Haqın MY səviyyəsində olmadığını və mütəxəssisin iddiasız danışmasının düzgün olmadığını bildirib. Qarnaço bu postu bəyənib, lakin mütəxəssis bundan xəbər tutub. Argentinalı oyunçu daha sonra bəyənməsini geri götürüb.