Ronaldo “Mançester Yunayted”in baş məşqçisini tənqid etdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı tənqid edib.

Futbolpress.az xəbər verir ki, forvard “qırmızı şeytanlar”ın ciddi dəyişikliyə ehtiyacı olduğunu dedi:

“Hər şeyi yenidən qurmaq lazımdır. Baş məşqçi Erik ten Haq deyir ki, Çempionlar Liqası və ya Premyer Liqada çempionluq üçün oynaya bilmərik… “Mançester Yunayted”in baş məşqçisi bu sözləri deməməlidir. Zehni olaraq futbolçuları fokuslamaq lazımdır. Düzdür, bəlkə də, potensial yoxdur, amma bunu deməək olmaq. Yoxlamaq, cəhd etmək məcburiyyətindəsiniz”.

“Mançester Yunayted” Premyer Liqada 3 turdan sonra 3 xalla 14-cü sıradadır.