“Liverpul”un futbolçusu iki həftə oynamayacaq

“Liverpul” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın futbolçusu Harvi Elliot zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə yığmasının düşərgəsində zədə alan yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Elliot 2021-ci ildən “Liverpul”da çıxış edir. O, komandada 120 oyunda 10 qol vurub, 15 məhsuldar ötürmə edib.