Keyta “Konyaspor”a keçidindən danışdı

“Qarabağ”dan ayrılan Hamidu Keyta Türkiyənin “Konyaspor” klubuna keçib.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu Super Liqa təmsilçisinə keçidi haqda bunları deyib:

“Konya möhtəşəm şəhərdir. Burda olduğum üçün xoşbəxtəm. “Konyaspor” üçün əlimdən gələni edəcəm. Coşğulu və möhtəşəm azarkeşlərimizin olduğunu bilirəm. Onları hər zaman xoşbəxt etmək istəyirik”.

Keyta “Konyaspor”la 2 illik müqavilə imzalayıb.