“Mançester Siti”nin futbolçusu millidə zədələndi

“Mançester Siti”nin futbolçusu Natan Ake zədələnib.

Futbolpress.az xəbər verir ki, niderlandlı müdafiəçi UEFA Millətlər Liqasında Almaniyaya qarşı keçirilən oyunda xəsarət alıb. O, görüşün birinci hissəsində Yurian Timberlə əvəzlənib.

Akenin son durumu tibbi müayinədən sonra bilinəcək.

Niderland – Almaniya oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.