“Qalatasaray” “Arsenal”ın futbolçusu ilə maraqlanır

“Arsenal”ın futbolçusu Jorjinyo karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” italiyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “TuttoMercato” nəşri məlumat yayıb. İstanbul klubu futbolçunu icarəyə götürmək üçün danışıqlara başlayıb.

32 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm Premyer Liqada oyuna çıxmayıb.