I Liqada yeni mövsüm başlayır

Bu gün Azərbaycan I Liqasında 2024/25 mövsümünə start veriləcək.

Futbolpress.az xəbər verir ki, açılış günündə bir oyun keçiriləcək. Yevlaxın “Karvan” komandası azarkeşləri önündə “Qaradağ Lökbatan”ın müqavimətini qırmağa çalışacaq. Görüşə saat 17:00-da start veriləcək.

Turun digər görüşləri 12-13 sentyabrda olacaq.

Azərbaycan I Liqası
I tur

11 sentyabr

17:00 Karvan – Qaradağ Lökbatan
Yevlax şəhər stadionu.