Salahın yubileyi

Məhəmməd Salah Misir yığmasında 100-cü oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, hücumçunun yubileyi Afrika Millətlər Kubokunun Botsvana ilə oyununa təsadüf edib. Salah 4:0 hesabıyla qələbə qazandıqları görüşdə bir qol vurub.

Hücumçu 2011-ci ildə yığmada debüt edib. O, 100 oyunda 58 qol vurub, 11 məhsuldar ötürmə edib.