“Kəpəz”də yeni legioner

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda “sarı-göylər”in şərəfini qoruyacaq. 32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. 

“Pana” ləqəbli futbolçu ötən mövsüm “Səbail”də çıxış edib.