Neymar nə vaxt qayıdır?

“Əl Hilal”ın futbolçusu Neymarın bərpa müddəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçunun tam sağalması üçün iki ay vaxt lazımdır. Bu barədə AS nəşri məlumat yayıb.

Neymarın noyabrın sonlarında yaşıl meydanlara qayıtması gözlənilir.

“Barselona” və PSJ-nin keçmiş hücumçusu ötən ildən “Əl Hilal”da çıxış edir. O, 2023-cü ilin oktyabrında çarpaz bağlarından ağır zədə almışdı.