Türkiyə klubu Trippyeni istəyir

“Beşiktaş” “Nyukasl”dan müdafiəçi Kiran Trippyeni heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu transferi tamamlamaq üçün danışıqları sürətləndirib.

“Beşiktaş” daha əvvəl Trippyedən “yox” cavabı alıb. Lakin klubun israrı davam edir.

33 yaşlı futbolçunun “Nyukasl”la müqaviləsi 2026-cı ilin yayına kimidir. Onun “transfermarkt”da dəyəri 10 milyon avrodur.