“Ronaldo və Messi nümunə götürdüyüm futbolçulardı”

“Bavariya”nın hücumçusu Harri Keyn açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ingilis forvard Lionel Messi və Kriştiano Ronaldonu tərifləyib:

“Ronaldo və Messi nümunə götürdüyüm futbolçulardı. Mənim gənclik vaxtlarım onların ən yaxşı dönəmləri idi. Onlardan ilham alırdım. Ronaldonun karyerasında 900-dən çox qol vurması inanılmaz göstəricidir. onun yaşına qədər oynamaq ilhamvericidir”.