Super Liqa klubu “Qarabağ”ın hücumçusu ilə razılaşdı

“Qarabağ”ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu “Konyaspor”la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa təmsilçisinin Keyta ilə 2 illik müqavilə imzalayacağı bildirilir.

Keyta bu gün Konyaya gedərək, yeni klubuna keçidini tamamlayacaq.

Hamidu bu mövsüm 7 oyunda 1 qol vurub.

“Konyaspor” Super Liqada 4 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.