“Real”ın zədəli futbolçusu Cud Bellingemin bərpa müddəti məlum olub.
Futbolpress.az xəbər verir ki, ingilis yarımmüdafiəçi yaxın zamanda komanda ilə məşqlərə qoşulacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Bellingem sentyabrın 14-də La Liqada “Real Sosyedad”la oyuna çata bilər.
İngilis futbolçu 2023-cü ilin yayından “Real”da forma geyinir. O, komandada 43 oyunda 23 qol vurub, 14 məhsuldar ötürmə edib.