“Roma”nın futbolçusu Nikola Zalevski karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” polşalı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “A Spor” məlumat yayıb. İstanbul klubu 22 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Zalevski bu mövsüm A Seriyasında 3 oyunda meydana çıxıb. Onun “transfermarkt”da dəyəri 12 milyon avrodur.