Portuqaliya millisi UEFA Millətlər Liqasının II turunda Şotlandiyanı məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, komandanın qələbə qolunu 88-ci dəqiqədə Kriştiano Ronaldo vurub. Bu, forvardın karyerasındakı 901-ci qol olub.
Ronaldo həm də yığmada 48 fərqli ölkə ilə matçda fərqlənməyi bacarıb. O, bu göstəriciyə nail olan yeganə futbolçudur.