“Tottenhem”in sabiq futbolçusu Dele Alli karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, ingilis yarımmüdafiəçi “Betis”in diqqət mərkəzinə düşüb. Bu barədə “El Nacional” məlumat yayıb. La Liqa klubu 28 yaşlı futbolçuya 1+1 illik müqavilə təklif edib.
Son klubu “Everton” olan Dele daha əvvəl “Tottenhem” və “Beşiktaş”da çıxış edib. O, İngiltərə yığmasında 28 oyunda 3 qol vurub.