Türkiyə millisi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, yığmanın futbolçusu Mustafa Hekimoğlu ağrıları səbəbindən heyətdən çıxarılıb. O, bu gün İslandiyaya qarşı keçiriləcək UEFA Millətlər Liqası oyununu buraxacaq.
Türkiyə – İslandiya oyunu saat 22:45-də start götürəcək.
Mustafa “Beşiktaş”ın futbolçusudur. Hücumçu daha əvvəl U-21-də olsa da, daha sonra əsas yığmanın düşərgəsinə qoşulmuşdu.