Slovakiyalı: “Düzgün anı gözləmək vacib idi”

Slovakiya millisinin qapıçısı Martin Dubravka UEFA Millətlər Liqasında Azərbaycan qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, qolkiper 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bu oyunda düzgün anı gözləmək vacib idi. Şadam ki, uşaqlara kömək edə bildim və qələbə qazandıq. Stadionda möhtəşəm atmosfer var idi. Oyunu idarə etdik və istəyimizə çatdıq. İnanıram ki, bunun davamını gətirəcəyik”.