Kuçka: “Azərbaycan yığması da təhlükəli rəqibdir”

Slovakiya millisinin futbolçusu Yuray Kuçka UEFA Millətlər Liqasında Azərbaycan qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İki qol vurmağımız vacib idi. Çünki Azərbaycan yığması da təhlükəli rəqibdir. Bəzi səhvlər etsək də, şanslardan yararlana bilmədilər. Hədəfimiz iki oyunu da qazanmaq idi. Növbəti matçlara daha yaxşı hazırlaşmalıyıq”.