Montella: “10 nəfərlə qalandan sonra daha yaxşı oynadıq”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella UEFA Millətlər Liqasında Uelsə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matça bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik. Xüsusilə, ilk hissədə çox əziyyət çəkdik. Təşkilatlanmaq baxımından problemlərimiz oldu. 10 nəfərlə qalandan sonra daha yaxşı oynadıq.

Hazırlıq üçün vaxtımız çox olmayıb və oyunçular yorğundur, istirahət edə bilməyiblər. Yorğunluq normaldır, işləməyə davam edəcəyik. Hədəfimizə çatmaq istəyirik”.

Türkiyə yığması sentyabrın 9-da İslandiyanı qəbul edəcək.