Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”a keçən Stiven Berqveyn açıqlama verib.
Futbolpress.az xəbər verir ki, vinger Niderland yığmasının baş məşqçisi Ronald Kumanın onu milliyə dəvət etməyəcəyini deməsinə münasibət bildirib:
“Onun rəhbərliyi altında bir komandada oynamaq istəmirəm. Mənim haqqımda belə danışan adam üçün oynamaram. Mənə zəng edə, fikrimi öyrənə bilərdi. Danışmamış necə belə bir şey deyə bilər?”
Kuman futbolçunun idman ambisiyasının olmamasını və pul üçün Səudiyyə Ərəbistanına getdiyini deyib. O, bu səbəbdən Stiveni yığmaya dəvət etməyəcəyini söyləyib.
Berqveyn bu yay “Ayaks”dan “Əl İttihad”a keçib.