16 yaşadək futbolçulardan ibarət “Qarabağ” komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Futbolpress.az xəbər verir ki, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 klub mübarizə aparacaq. İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina”, “Dinamo” (Zaqreb) kimi klublar da var.
C qrupunda yer alan komanda sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.
Qrup qalibləri və ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pilələr uğrunda mübarizəni davam etdirəcək.
Asif Əlizadənin baş məşqçisi olduğu heyətdə 23 futbolçu yer alıb: Bilal Hacıyev, Amin Rzayev, Uğur Qurbanlı, Səid Nuriyev, Hüseyn Bayramov, Murad Quluzadə, Riad Qaradağlı, Əli Bəşirov, Polad Hüseynov, Kəmaləddin Cəfərli, Onur Əliyev, Eldar Abbasov, Kənan İsmayılov, Adəm Qafarov, Murad İbrahimli, Əli Abdullayev, Fərid Cavadlı, Əli Zeynalzadə, Mühəmməd Ramazanov, Murad Əmirxanov, Ömər Cəfərov, Oqtay Mehrəliyev, Xəzər Nağızadə.
Qeyd edək ki, turnirə sentyabrın 8-də yekun vurulacaq.