Balotelli İtaliya klubuna keçə bilər

İtaliya yığmasının sabiq hücumçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Palermo” 34 yaşlı forvardın xidmətində maraqlıdır. Bu barədə “La Stampa” nəşri məlumat yayıb. Balotelli B Seriyası klubu ilə danışıqlar aparır.

Marionun son klubu Türkiyədə “Adana Demirspor” olub. O, 16 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.