İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, dünən Paris-2024-də ikinci “qızıl”ını qazanan idmançı bunları deyib:
“Medalımı Azərbaycan xalqına həsr edirəm. Çox sevindirici haldır ki, dünya rekordunu yeniliyərək Paralimpiya çempionu oldum. Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir.
İdmana və Paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, paratletimiz Lamiyə Vəliyeva dünən axşam Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub.
Vəliyeva 5 sentyabrda T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışda da qüvvəsini sınayacaq. Təsnifat qaçışı Bakı vaxtı ilə saat 23:31-də start götürəcək.