“Sumqayıt” Premyer Liqada 5 turdan sonra 6 xalla 6-cı sıradadır. “Kimyaçılar” buna qədər cəmi 2 matçda qələbə qazanıb. Komanda son turda “Araz-Naxçıvan”a azarkeşləri önündə məğlub olub – 0:1.
“Sumqayıt”ın futbolçusu Rövlan Muradov “FutbolPress“ə açıqlamasında görüşü şərh etdi:
“Düşündüyümüz kimi çətin və ağır oyun oldu. Qələbə qazanmaq istəyirdik, amma əfsuslar olsun, azarkeşlərimizi sevindirəm bilmədik. Yeni komandayıq, yeni oyunçular gəlib və uyğunlaşma problemi bitəndən sonra yaxşı nəticələr gələcək. 5 turda daha çox xal toplaya bilərdik, amma alınmadı. Buna da şükür”.
Muradovun performansında eniş müşahidə edilir. Oyunçu bu mövsüm 4 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Rövlan çıxışını belə dəyərləndirdi:
“Eniş olduğunu özüm də hiss edirəm. Məşqçilərlə mütəmadi danışır, məsləhət alıram. Maydakı ağır zədədən sonra toparlanmağa çətinlik çəkirəm. Tezliklə bunu aradan qaldırmağa çalışacam”.
Şahin Cəfərov