“Ferentsvaroş” heyətini yeni hücumçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Macarıstan təmsilçisi “Partizan”dan Mateus Saldanyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.
“Ferentsvaroş” Saldanya üçün 3 milyon avro ödəyib.
Mateus 2023-cü ilin yanvarından iyuluna kimi “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”da 20 oyunda 5 qol vurub.