“Sumqayıt”dan ayrılan Erik Sorqanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, estoniyalı hücumçu karyerasına Vyetnamda davam edəcək. O, bu ölkənin “Ho Çi Min Siti” klubu ilə razılaşıb. Onunla 2 illik müqavilə imzalanıb.
25 yaşlı hücumçu 2023-cü ilin yayından 2024-cü ilin iyuluna kimi “Sumqayıt”ın formasını geyinib. Sorqa “kimyaçılar”la Premyer Liqada 27 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.