Niderland yığmasının baş məşqçisi Ronald Kuman “Ayaks”ın futbolçusu Stiven Berqveyinin “Əl İttihad”a keçidini şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis millidə çalışacağı müddətdə onu heyətə çağırmayacağını söyləyib:
“Berqveyn 26 yaşında Səudiyyə Ərəbistanına gedir. Onun idman ambisiyalarının olmadığı aydındır. Berqveyinin millidəki kitabı bağlandı”.
Stiven Niderland yığmasında 35 oyunda 8 qol vurub.