“Qarabağ”ın rəqibi aparıcı oyunçularından birini satdı

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Ayaks” əsas oyunçularından birini satıb.

Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisinin cinah hücumçusu Stiven Berqveyn karyerasını “Əl İttihad”da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu 26 yaşlı futbolçu üçün 21 milyon avro ödəyəcək.

Berqveyn ötən mövsümdə Niderland çempionatında 24 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Qarabağ” “Ayaks”la oktyabrın 25-də Bakıda qarşılaşacaq.