Tanınmış futbolçu milli karyerasını bitirir

“İnter Mayami”nin futbolçusu Luis Suares Uruqvay yığmasındakı karyerasını bitirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. Suares sentyabrın 6-da Paraqvayla görüşdə sonuncu dəfə yığmanın formasını geyinəcək.

Forvard millidə 137 oyunda 68 qol vurub.