Santuşun mətbuat konfransının vaxtı bilindi

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun media nümayəndələri ilə görüşü sabah saat 18:45-də olacaq.

4 sentyabr

İsveç milli komandası

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

18:15. Mətbuat konfransı

Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq