T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda Paralimpiya çempionu olan Səid Nəcəfzadə fikirlərini bölüşüb:
Futbolpresss.az xəbər verir ki, qızıl medal qazanan idmançı bunları deyib:
“Parisdə Paralimpiya Oyunlarında qızıl medal qazandım. İkinci dəfə Paralimpiya Oyunlarında iştirak edirdim. Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlıydım. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm. Cənab Prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum “Neftçi” İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm”.