Azərbaycan Premyer Liqasının V turunun “Kəpəz” – “Sabah” oyunundan (2:3) sonra meydan sahibi komandanın məşqçisi Xaliq Mərdanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– “Sabah”ı təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.
– Komadanın əsas problemi nədir?
– Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.
– Qələbə hesabını qoruya bilməməyinizin səbəbi nədir?
– Bütün fubolçulardan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da dediyim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.