“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” Malinin “Qidars” klubundan Seku Koneni transfer edib. 18 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqavilə detalları açıqlanmayıb.
İngiltərə mətbuatının xəbərinə görə, “Mançester Yunayted” Seku üçün 1,2 milyon avro ödəyib.
Kone Mali yığmasının da üzvüdür. O, “qırmızı şeytanlar”ın U-21 komandasında oynayacaq.