“Renn” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Əl İttihad”dan Jotanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Renn” 25 yaşlı vinger üçün 8 milyon avro ödəyəcək.
Jota ötən il 29 milyon avroya “Seltik”dən “Əl İttihad”a keçmişdi. O, bu komandada 29 oyunda 5 qol vurub.