Martino: “Messinin tam sağaldığına əmin olmalıyıq”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messinin son durumu haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis argentinalı oyunçunun həkim nəzarətində olduğunu deyib:

“Bir neçə həftədir, həkim nəzarəti ilə topla çalışmalara başlayıb. Tədricən komandaya qoşulacaq. Altı həftədən çoxdur, zədəsi davam edir və tələsməməliyik. Messinin tam sağaldığına əmin olmalıyıq”.

Messi sonuncu dəfə Argentina yığması ilə Amerika Kubokunun finalında 15 iyulda Kolumbiya ilə matçda (1:0) meydana çıxıb.