“Roma”da ayrılıq

“Roma” futbolçusu Rik Karsdorp ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Niderlandlı oyunçu 2017-ci ildən “Roma”da çıxış edirdi. O, A Seriyasında 113 oyunda 1 qol vurub, 11 məhsuldar ötürmə edib.