“Qalatasaray”ın futbolçusu “Lion”a keçə bilər

“Qalatasaray”ın futbolçusu Vilfrid Zaha karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Fil Dişi Sahilindən olan vinger “Lion”la danışıqlar aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Fransa klubunun Zahanı icarəyə götürmək istədiyi bildirilib.

“Qalatasaray” 31 yaşlı oyunçunu buraxmağa müsbət yanaşır. Zaha “cim-bom”la ümumilikdə 43 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.